Bakının qonağı olan İngilis müğənnisi təşəkkür etdi…

İki gün əvvəl məşhur ingilis müğənni Dua Lipa Bakının qonağı olub.

Milli.Az xəbər verir ki, Son zamanlar “New rules” mahnısı ilə gündəmdə olan məşhur ingilis müğənni Dua Lipa Kristal Hall-da konsert proqramı ilə çıxış edib.

O, şəxsi Instagram hesabında Azərbaycanla bağlı xeyli paylaşım edib. İlk dəfə Asiya ölkəsinə gəldiyinə görə həyəcanlı olduğunu qeyd edən müğənniyə Bakıda 3 ədəd kürü və araxçın hədiyyə ediblər.

Müğənni ötən gecə Azərbaycana təşəkkür edib.

“Təşəkkür edirəm, Azərbaycan. Tezliklə görüşənədək”.

Dua Lipa 1995-ci ildə London şəhərində dünyaya gəlib. O, karyerasına 14 yaşından başlayıb. Bir ay əvvəl Londonda keçirilən “Brit Awards 2018” mükafatlandırma mərasimində “Britaniyanın ən yaxşı solo qadın ifaçısı” nominasiyasına layiq görülüb.

Share: