Bakıdan “Savaşçı”ya: Qurban türkün bayrağına! – Video

Tanınmış bəstəkar, AYB-nin Hərbi Vətənpərvərlik Komisiyyasının sədri Şahin Musaoğlu yeni bəstəsini təqdim edib.

Novruz Novruzlunun ifa etdiyi “Qurban türkün bayrağına” adlanan mahnının sözləri Əhməd Cavada nəzirə olaraq Nizami Saraclı tərəfindən yazılıb.

Mahnı Türkiyə istehsalı olan “Savaşçı” serialının Azərbaycan və Türkiyə qardaşlığının yenilməzliyindən bəhs edən bir bölümündən sonra ərsəyə gəlib.

Qeyd edək ki, “Qurban türkün bayrağına” misrası Əhməd Cavada məxsusdur.

Müstəqil.Az

Share: