Bakıdakı erməni kilsəsi Vaşinqton-Bakı münasibətlərinin pozulmasında misilsiz rol oynadı

Məlumata görə bu kilsənin müxtəlif evlərə, binalara doğru uzanmış kommunikasiya xətləri hələ də kəsilməyib..

 

Məşhur amerikalı politoloq Z.Bzejinskinin Azərbaycan politoloqu Rövşən Novruzoğluya vaxtilə göndərdiyi məktubdan: “…cənab politoloq, Sizin Ermənistanla bağlı araşdırmalarınız mənə imkan verdi, mən “Şahmat taxtasındakı Ermənistan” kitabını bitirim…

Satqınlıq elədilər. Azərbaycan Amerika münasibətlərində sizinkilər (yəni Azərbaycan politoloqları) düz yol tutmadılar, düz yolla getmədilər. Ölkə başçısına qarşı xainlik və satqınlıq etdilər. Xatırladım ki, cənab Prezident torpaqların azad olunmasında, terrora qarşı mübarizədə misilsiz xidməti var. Sizin Prezidentiniz cənab İlham Əliyev 1990-cı illərdə və 2000-ci ilin ortalarında bizim Srateji Araşdırmalar Mərkəzinin apadığı sorğuya görə ən güclü pezidentlər cərgəsindədir. O, həqiqətən böyük strateqdir. Deyim ki, bu bir həqiqətdir. Amma onun ətrafındakıların bir qismi bunu anlamadılar. Bilin, dərk olunmayan həqiqət həmişə dərdə çevrilir…”

Fikrimcə Azərbaycan Parlamentinin üzvləri hər şeyi qabaqlamalı idilər. İmkan veməməliydilər ki, ölkə başçısı İlham Əliyev hansısa bir sərəncama imza atsın.

Araşdırmalarım göstərir ki, Azərbaycan deputatlarının təqribən 80-90 faizi elə NATO ölkələrinin Bakıdakı diplomatik korpuslarına xidmət edirlər.

Mən Sizi bilmirəm, amma mənə elə gəlir ki, ölkə başçısı bu gün tənha qalan sərkərdəni xatırladır. Siz nə üçün ölkə başçısını tənha qoydunuz, cənablar? (Baxın, Türkiyə də yaxasını kənara çəkdi. Cənab Türkiyə, bəs hanı qardaşlıq andınız?) Şübhəsiz İlham Əliyev XXI əsrin sərkərdəsi olaraq qalır. Amma onu sərkərdə kimi təbliğ edən olmadı. Yenə xainlik, yenə satqınlıq.

O, ölkəsini azad etdi. Torpaqları qaytardı, qurdu, yaratdı. Bir santimetr torpağı geri ala bilmirdik. O, isə bir az da dərinə getsəydi, Azərbaycan xalqı Ermənistanı çevirərdi. (Mən bu işdə anti-terror əməliyyatını yüksək göstəricilərlə başa vuran Azərbaycan polislərinə, təhlükəsizlik xidmətinin əməkdaşlarına, hüquq-mühafizə orqanlarına, əsgərlərimizə – şəhidlərimizə, qazilərimizə, minnətdaram.

Mən bu məktubdan Zəngəzura boylanıram. Deyim ki, Zəngəzur dəhlizi olmayacaq (fikrimə görə bu yaxınlarda eşidəcəyik ki, hörmətli Ərdoğan cənabları da istefa ərizəsi yazacaq). Həbsdə yatan kürd xalqının lideri (o, terrorçu deyil) Abdulla Ocalan da həbsdən azad olacaq. Kürd xalqının sağlam nümayəndələri, sağlam ailəsi Zəngəzura qayıdacaq.

Cənab Prezident, qurduğunuz azad ölkələrin azad informasiyalarındandır. Şəhid verən xalq sizin xalqdır, bizim xalqdır. Olmazmı ki, Siz yazdığınız və yaxud oxuduğunuz sərəncamı geri götürəsiniz. Tarixdə belə şeylər çox olub. Hər halda fikiləşməyə vaxt var. Şəhid ailələri, şəhid dostları çaşıb qalıblar. Amerika Azərbaycanı bu gün çaşdırdı.

Mən “Şahmat taxtasındakı Azərbaycanı” belə bitirdim. Gerisini isə siz yazın, cənablar. Amma milləti sevə-sevə bu arada mənim millətə kiçik bir mesajım var: “Siz isə hələlik tamaşaçı olun. Dörd yol ayrıcında qalıb ABŞ-ın, Fransanın bayraqlarına bükülüb yatmayın. Paylanmış ianələri qaytarın özlərinə. Amerikalılar kimi yox, fransızlar kimi yox, Azərbaycan Prezidenti kimi, Əliyevlər ailəsi kimi yazın”.

Rövşən Novruzoğlu,

Beynəlxalq Terrorizmə və Korrupsiyaya

Qarşı Mübarizə Strateji Araşdırmalar

Mərkəzinin direktoru, siyasi elmlər üzrə

fəlsəfə doktoru, professor, politoloq

 

 

Share: