Bakıda Zəfər yürüşü… — Fotolar

Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, hərbi orkestrin müşayiəti ilə təşkil olunan yürüşdən əvvəl şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Dövlət himnimiz səsləndirilib.

Yürüşlər aşağıdakı qeyd olunan marşrutlar üzrə təşkil edilib:

1-ci marşrut: Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı;

2-ci marşrut: Şəhidlər Xiyabanı – “Alov qüllələri” kompleksi – “İçərişəhər” metrosu – İstiqlaliyyət küçəsi – Azneft dairəsi – Bəhram Gur heykəli;

3-cü marşrut: Hüseyn Cavid parkı – Hüseyn Cavid prospekti – Parlament prospekti – Şəhidlər Xiyabanı.

Fotolar: Pərvin Zeynal


Share: