Bakıda yük maşını körpünün üzərindəki maneələrə çırpılıb

Bakıda körpünün üstündə yol-nəqliyyat hadisəsi baş verib.

xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, idarəetməni itirən yük maşının sürücüsü nəqliyyat vasitəsini körpünün üzərindəki dəmir maneələrə çırpıb.

Nəticədə yol infrastruktruna ziyan dəyib, yol nişanları sıradan çıxıb.

Qəza səbəbindən prospektdə sıxlıq müşahidə edilib. Əraziyə DYP əməkdaşları cəlb edilib.

DYP əməkdaşları qəzanın aradan qaldırılmasını təmin ediblər. Hadisənin təfərrüatı araşıdırılır.

Share: