Bakıda yanğın olub — Video

Bakı şəhərinin Yasamal rayonunda birmərtəbəli tikilidə yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 20 m² olan birmərtəbəli taxta və dəmir konstruksiyalardan ibarət tikili yanıb, yanğının bitişik obyektlərə keçməsinin qarşısı alınıb.


Share: