Bakıda xəstəxanada KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 7 nəfər…

8 saylı şəhər poliklinikasının binasına qaz iyindən zəhərlənmə ehtimalı ilə 7 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, Toksikologiyaya yerləşdirilənlərin hamısı poliklinikanın əməkdaşları olub:

“Əməkdaşlar poliklinikada dəm qazı qoxusu hiss ediblər. Lakin bina təbii qazla təmin edilməyib. Bundan narahat olan tibb heyəti Fövqəladə Hallar Nazirliyinə məlumat verib. Əməkdaşlar və xəstələr poliklinikadan təxliyə edilib. 7 nəfər özünü narahat hiss etdiyinə görə Toksikologiyaya yerləşdirilib. Müayinə zamanı onların heç birində zəhərlənmə əlaməti müşahidə edilməyib. Həmin şəxslərdə sadəcə baş ağrısı və hadisənin təsirindən yaranan psixoloji gərginlik müşahidə edilib. Artıq onların hamısı evə buraxılıb”.

Mətbuat xidmətindən o da bildirilib ki, yalnız Fövqəladə Hallar Nazirliyi ərazidə monitorinq aparıb, rəy verəndən sonra poliklinikanın fəaliyyəti bərpa ediləcək.

 

Müstəqil.Az

Share: