Bakıda ticarət mərkəzində lifti təmir edərkən 28 yaşlı gənc ölüb

Bakıda bədbəxt hadisə nəticəsində 28 yaşlı oğlan ölüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Bakının Xətai rayonu ərazisində yerləşən ticarət mərkəzindəki liftin təmiri zamanı 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, liftə təmir işləri görən 1989-cu il təvəllüdlü Şərifov Səfa Ramiz oğlu liftin xarici divarı ilə şaxtanın divarı arasında sıxılmış vəziyyətdə qalaraq vəfat edib.

Xilasedicilər S.Şərifovun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müstəqil.Az

Share: