Bakıda tanışı ilə mübahisə edən şəxs bıçaqlandı

Paytaxtın Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, Binəqədi qəsəbəsində 1970-ci il təvəllüdlü Hüseynov Eldəniz Oruc oğlu tanışı ilə münaqişə zəmnində bıçaqlanıb.

O, müxtəlif dərəcəli ağır bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Onun saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

 

Share: