Bakıda tələbə qız dəm qazından zəhərlənərək öldü

Bakıda tələbə qız dəm qazından zəhərlənərək ölüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin 4-cü kurs tələbəsi, 2000-ci il təvəllüdlü Nigar Rəhmanova Xətai rayonunda yaşadığı evin hamamında çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

 

Müstəqil.Az

Share: