Bakıda tələbə qız dəm qazından boğuldu

Bakıda 18 yaşlı qız dəm qazından boğulub.

Müstəqil.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.

Rayonun Əlövsət Əbdulrəhimov küçəsi, ev 124, mənzil 36-da kirayədə yaşayan, 2001-ci il təvəllüdlü Camalova Aytən Hikmət qızı yaşadığı mənzilin hamam otağında dəm qazından boğulub.

A.Camalovanın meyiti hamamda aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, A.Camalova Tovuz rayon sakinidir və Azərbaycan Dillər Universitetinin tələbəsi olub.

Müstəqil.Az 
Share: