Bakıda sürücü polisə hücum çəkdi

Bakının Xətai rayonunda sürücü polisə müqavimət göstərib.

Müstəqil.Az xəbər verir ki, Xətai rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Pərviz Həzilinin idarə etdiyi “Mersedes” markalı avtomobil saxlanılıb.

Bu zaman sürücü idarə etdiyi avtomobillə polis əməkdaşlarının istifadəsində olan iki avtomobilin qabaq hissələrini əzib, habelə bıçaqla onlara müqavimət göstərib.

Pərviz Həzili polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan 1 ədəd tapança, idarə etdiyi avtomobildən isə 3 ədəd bıçaq və 2,501 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Müstəqil.Az

Share: