Bakıda sərnişin təyyarəsində bomba həyəcanı – İlk görüntülər gəldi / VİDEO

Rusiyanın “Ural Hava Yolları” şirkətinə məxsus “Airbus A321” sərnişin təyyarəsi  Bakı vaxtı ilə saat 14:56-da  Heydər Əliyev Beynəlxalq Aeroportuna Bakıya məcburi eniş edib.
Müstəqil.Az EkoNews-a istinadla xəbər verir ki, Bəhreyindən Moskvaya uçan təyyarənin məcburi eniş etməsinə səbəb hava gəmisində bomba olduğu barədə məlumatdır.
Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub.
Müstəqil.Az

Share: