Bakıda Qazaxıstan Kino Günləri keçiriləcək

Dekabrın 10-11-də Bakıda Qazaxıstan Kino Günləri keçiriləcək.

Kulis.az xəbər verir ki, nümayişlər Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə gerçəkləşəcək.

Tamaşaçılara “Kenje Kiz” cizgi filmi və “Alga” bədii filmi təqdim olunacaq.

Filmləri cizgi filminin rejissoru İvan Ardaşov və bədii filmin baş rol ifaçısı Yerqol Semkulov təqdim edəcəklər.

Hər iki film ingilis subtitrları ilə rus dilində nümayiş olunacaq. Giriş sərbəstdir.

Share: