Bakıda qadın sürücü piyadanı vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo” ya bildirilib ki, hadisə Nəsimi rayon Rəşid Behbudov küçəsində qeydə alınıb.

Belə ki, sürücü Səbinə Hacıyeva idarə etdiyi “Hyundai” markalı avtomobillə 50-60 yaşlı qadını vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Share: