Bakıda qəfil yola çıxan piyadanın dəhşətli ölümü — Video

Bakı-Sumqayıt yolunda piyadanın ölümü ilə nəticələnən dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” “baku.ws”ə istinadən xəbər verir ki, hadisə ötən il iyulun 18-i qeydə alınıb.

Belə ki, İsmayıl Cəfərovun idarə etdiyi avtomobilin qarşısına yolu keçmək istəyən piyada çıxıb. Bu zaman piyada hərəkətdə olan avtomobilə dəyərək yerə çırpılıb.

Hadisədən sonra sürücü piyadanı xəstəxanaya aparsa da həyatını xilas edə bilməyib.

Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi keçən prosesdə İsmayıl Cəfərova 5 il həbs istənilib.

Qeyd edək ki, İsmayıl Cəfərov hərbçidir və qardaşı Oruc Cəfərov Vətən Müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.


Share: