Bakıda piyadanı avtomobil vuraraq öldürüb

Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

“Hyundai” markalı minik avtomobil 45-50 yaşlı, hələlik ad və soyadı naməlum olan şəxsi vurub.

Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Share: