Bakıda müşahidə olunan toz dumanı nə qədər davam edəcək?

Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir:

“Dispers toz hissəcikləri Xətai rayonunda 4,3, Nizami rayonunda 2,4, Səbail rayonunda 2,5 dəfə normadan yüksək qeydə alınıb”. 

G.Məmmədovanın sözlərinə görə, sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.

Share: