Bakıda mənzildə yanğın baş verib – FOTO

Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 27 m² olan 1 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb.

xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***
03.25

Bakıda mənzildə yanğın baş verib.

xəbər verir ki, hadisə Dilarə Əliyeva küçəsində qeydə alınıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Mənzildə kirayədə yaşayan şəxsin bildirdiyinə görə, yanğın soyuducuda yaranan qısaqapanmadan baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Share: