Bakıda İsrailə dəstək nümayişi — Video

Azərbaycanda İsrail səfirliyi önündə İsrail-Fələstin müharibəsində həlak olanların xatirəsi anılıb.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, səfirlik qarşısına Azərabycan və İsrail bayraqları asılıb, güllər düzülüb, ölən uşaqların ruhuna hörmət olaraq oyuncaqlar qoyulub.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

HƏMAS qruplaşmasının hücumu nəticəsində İsrail ərazisində həlak olanların sayı 700-ü ötüb.


Share: