Bakıda ikimərtəbəli obyektdə yanğın oldu: Zəhərlənən var

Bakı şəhərinin Binəqədi rayonunda ikimərtəbəli obyektdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 96 kvadratmetr olan ikimərtəbəli obyektin (1-ci mərtəbəsi geyim mağazası, 2-ci mərtəbəsi fəaliyyət göstərmir) zirzəmisinin giriş hissəsində istifadəyə yararsız əşyalar 2 kvadratmetr sahədə yanıb, yüksək temperaturdan qismən 1 ədəd rəf qarsalanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share: