Bakıda iki sexdə yanğın olub

Bakıda iki sexdə yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, paytaxtın Nərimanov rayonunda ümumi sahəsi 480 kvadratmetr (hər birinin sahəsi 48 kvadratmetr) olan 10 boksdan ibarət avtomobil təmiri sexinin 1 boksunun yanar konstruksiyaları, digər boksunun yanar konstruksiyaları 30 kvadratmetr sahədə və içərisində təmirə dayanan “Chevrolet” markalı minik avtomobilinin yanar hissələri yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha bir anoloji hadisə Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 300 kvadratmetr olan meyvə şirəsi istehsalı sexində qeydə alınıb. Belə ki, sexin ərazisində sahəsi 20 kvadratmetr olan taxta konstruksiyadan ibarət köməkçi tikili və 10 kvadratmetr sahədə məişət tullantıları yanıb. Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share: