Bakıda iki maşın toqquşub, xəsarət alan var

Bakının Xətai rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

xəbər verir ki, qəza Yusif Səfərov küçəsində qeydə alınıb.

Belə ki, “Niva” və “Renault” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Hadisədə bir nəfər xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb edilib, hadisənin təfərrüatı araşdırılır.

Share: