Bakıda iki maşın toqquşub, xəsarət alan var

Bakının Nərimanov rayonunda yol qəzası tıxaca səbəb olub.

xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, tuneldə “Mercedes” markalı avtomobilin sürücüsü qəfil əyləcədən istifadə edib.

Eyni istiqamətdə hərəkətdə olan “Toyota” markalı minik avtomobili “Mercedes”ə çırpılıb.

Qəza nəticəsində “Toyota”da olan sürücü xəsarət alıb.

Yol-nəqliyyat hadisəsi tuneldə tıxaca səbəb olub.

Qəzaya uğramış avtomobillər evakuator vasitəsilə hadisə yerindən götürülüb.

Share: