Bakıda hərəkəti məhdudlaşdıran yük maşını ərazidən götürülüb, normal gediş bərpa olunub – FOTO

Bakıda texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalan yük maşını ərazidən götürülüb.

xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Yolda nəqliyyatın hərəkətinə yaranmış məhdudiyyət aradan qaldırılıb.

***

Saat 00:09

Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, köməkçi yolda anbara daxil olan yük avtomobili texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalıb.

xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Nəticədə də Qələbə dairəsi istiqamətində hərəkət məhdudlaşıb və yolda sıxlıq yaranıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib. Hərəkətin bərpa olunması istiqamətində işlər görülür.

Share: