Bakıda gənc qız yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, yolu keçən 2005-ci il təvəllüdlü Ləman Vahid qızı Məhərrəmovanı avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Share: