Bakıda gənc oğlan bıçaqlanıb

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

xəbər verir ki, hadisə Bayıl qəsəbəsində qeydə alınıb.

Belə ki, 20-ci sahə adlanan ərazidə 1995-ci il təvəllüdlü İsmayılov Nicat Xanoğlan oğlu tanışı ilə dava zamanı bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Share: