Bakıda gənc oğlan 52 gündür yoxa çıxıb — Foto

Bakıda 29 yaşlı oğlan itkin düşüb.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, paytaxtın Nəsimi rayonu ərazisində yaşayan İslam Rəhimli 2022-ci il dekabrın 9-da yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.  

Onun yaddaş pozğunluğu olması ehtimal edilir.  

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 – Zəng Mərkəzi”nə, həmçinin Nəsimi Rayon Polis İdarəsinə (012) 440-02-02 şəhər və (055) 711-18-65 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Share: