Bakıda evdən 3 min manatlıq qızıl əşyalar oğurlanıb

Bakıda evdən 3 min manatlıq qızıl əşyalar oğurlanıb.

DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov rayon Polis idarəsi 16-cı polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 15-də Nərimanov rayonu ərazisindəki evlərin birindən 3000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini Rövşən Məmmədov saxlanılıb.

Müstəqil.Az

Share: