Bakıda DYP maşını yol hərəkəti qaydalarını kobud şəkildə pozdu – VİDEO

Bakıda qaydaları kobud şəkildə pozan yol patrul xidmətinə məxsus “BMW” markalı avtomobil kameraya düşüb.

Görüntülər sosial  şəbəkədə yayımlanıb.

Videodan göründüyü kimi, 99-YP-394 dövlət nömrə nişanlı, “BMW” markalı avtomobil Badamdar şosesində hərəkətdə olarkən bir neçə yol hərəkəti qaydasını pozub.

Belə ki, Badamdar şosesinin Mətbuat prospekti ilə kəsişməsində yerləşən dairədə nişanın tələblərinə məhəl qoymayan yol polisi maşını daha sonra qoşa xəttin tələblərini kobud şəkildə pozaraq, qarşı yola çıxıb.

Bundan başqa, manevrlər edən zaman yol polisi avtomobilinin dönmə işıqlarından və sayrışan işıqlardan istifadə etməməsi də diqqət çəkib.(Oxu.az)

Samir İsayev

Share: