Bakıda doqquzmərtəbəli binada yanğın olub

Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 60 kvadratmetr olan 3 otaqlı mənzilin hamam otağında bir ədəd paltaryuyan maşın və bir ədəd dolab yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share: