Bakıda daha bir çoxmərtəbəli binada yanğın oldu

Bu gün Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Müstəqil.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın 3-cü mərtəbəsində ümumi sahəsi 200 m² olan 4 otaqlı mənzilin hamam otağının lambirindən ibarət tavanı və içərisindəki əşyalar 3 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, dünən Yasamal rayonu Şəfayət Mehdiyev üçəsində yerləşən çoxmərtəbəli binada da yanğın olub.(publika)

Share: