Bakıda DƏHŞƏTLİ ANLAR: “Kamaz” avtobusa çırpıldı – 1 ölü, 15 yaralı – FOTOLAR

Bu gün səhər saatlarında Bakı-Ələt magistral yolunda baş verən qəza nəticəsində 1 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Bu barədə Müstəqil.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlardan 8 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər 1 saylı Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

“4 nəfərə isə yerindəcə yardım göstərilib evə buraxılıb. 2 nəfər isə Ələt qəsəbəsində yerləşən poliklinikaya yerləşdirilib. 1 nəfər isə qəzadan dərhal sonra dünyasını dəyişib”.

P .Əbubəkirov bildirib ki, qəza nəticəsində xəsarət alanlar əsasən travma alıblar.

“Hazırda yaralıların yerləşdirildiyi xəstəxanaların hamısında xəstələrə yardım göstərilir”.

***

Bakı Nəqliyyat Agentliyi Bakıdakı dəhşətli qəza ilə bağlı məlumat yayıb.

Müstəqil.az xəbər verir ki, 90-OJ-802 DQN yük maşını 10-TF-383 DQN sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə, sərnişin avtobusu bir neçə dəfə aşıb.

Hazırda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerindədir. Qəza nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanların vəziyyətini öyrənmək üçün BNA əməkdaşları hazırda yaralıların olduğu xəstəxanalardadır.

***

Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumatına görə, Bakı-Ələt magistral yolunda baş verən qəza zamanı 90 OJ 802 dövlət nömrə nişanlı “Kamaz” 149 saylı sərnişin avtobusu ilə toqquşub.

Hadisə nəticəsində avtobus yolda bir neçə dəfə dövr edərək aşıb.

Qəza zamanı 1 nəfər hadisə yerində dünyasını dəyişib, 15 nəfər isə ağır xəsarət alıb.

***

Qaradağ rayonunda ağır yol qəzası baş verib.

Yük maşını 149 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılıb.

Ölən və xəsarət alanların olduğu bildirilir.

Hazırda Dövlət Yol Polisi İdarəsinin və Bakı Nəqliyyat Agentliyinin əməldaşları hadisə yerində arşadırma aparır. (apa)

Share: