Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, onaltımərtəbəli yaşayış binasının zirzəmisində fəaliyyət göstərməyən və təmirsiz qeyri-yaşayış obyektində baş vermiş yanğının binanın digər mərtəbələrinə keçmə riski yüksəkdir.

Yanğınsöndürənlərin həyata keçirdikləri operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində zirzəmidə yerləşən ümumi sahəsi 4m2 olan gözətçi otağının yanar konstruksiyaları və ümumi sahəsi 120m2 olan obyektdə müxtəlif tullantılar yanıb.

Obyekt və mənzillər yanğından mühafizə olunub, xəsarət alan olmayıb. Təhlükəsizlik tədbirləri çərçivəsində sakinlərin təxliyəsi həyata keçirilib.

***

10.12

Yasamal rayonunda qeyri-yaşayış obyektində yanğın başlaması ilə bağlı daxil olan məlumat əsasında əraziyə yanğından mühafizə xidmətinin bölmələri cəlb edilib.

Bunu -ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin bölmə rəisi Tural Zahidov deyib.

O bildirib ki, baş verən yanğın genişlənməsinə imkan verilmədən söndürülüb: “Bina və mənzillər yanğından mühafizə edilib. Ölən və xəsarət alan yoxdur”.

Qeyd olunub ki, ümumi sahəsi 120 kvadratmetr olan qeyri-yaşayış obyektinin 4 kvadratmetri yanıb.

***

09.21

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

xəbər verir ki, hadisə Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən binada qeydə alınıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

Nazirlikdən -ya faktı təsdiqləyiblər.

Share: