Bakıda binada partlayış oldu — Ölən var-Fotolar+Video

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən yaşayış binasında dəhşətli partlayış olub.

“Qafqazinfo” xəbər verir ki, partlayış çoxmərtəbəli binanın sonuncu mərtəbəsində baş verib. Partlayış zamanı zərbənin gücündən 18-ci mərtəbədə yaşayan şəxs pəncərədən yerə düşərək ölüb.

Hadisə ilə əlaqədar yollarda hərəkət məhdudlaşdırılıb.

***

Bu gün saat 16:00 radələrində Binəqədi rayonu S.Məmmədova küçəsində hündürmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayış olması ilə bağlı polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə  hadisə yerinə cəlb edilib.

Təhlükəsizlik tədbirləri görülür. 

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

Nizam Rzayev

***

TƏBİB-dən bildirilib ki, hadisə yerinə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 5 briqadası cəlb olunub.

Hazırda 2 nəfər təxliyyə olunur.


Share: