Bakıda atışmada yaralananların son vəziyyəti AÇIQLANDI

Martın 10-da, Bakıda, Sirkin yaxınlığında silahlı insident zamanı yaralanan iki nəfərin son durumu açıqlanıb.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 10 mart 2023-cü ildə baş verən hadisə ilə bağlı TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə yerləşdirilən iki nəfərin müalicəsi davam etdirilir:

“1983-cü il təvəllüdlü Tamerlan Hüseynov Kliniki Tibbi Mərkəzin Travmatologiya şöbəsində müalicə alır, vəziyyəti stabildir.

2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabildir”.

Könül Cəfərli

Share: