Bakıda atışma — 3 nəfər güllələndi

Bakıda atışma olub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb.

Silahlı insidentlə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, 3 nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub: “Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.


Share: