Bakıda 7 otaqlı evdə yanğın baş verib

Bakıda ev yanıb.

Oxu.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən  xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share: