Bakıda 44 məzun qızıl və gümüş medala layiq görülüb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 44 məzunu başa çatmaqda olan 2018-ci ildə qızıl və gümüş medallarla təltif olunub.

İdarədən Modern.az-a bildirilib ki, XI sinif məzunlarından 42-si qızıl, 2-si gümüş medala layiq görülüb. Onlar ümumi təhsildəki xüsusi nailiyyətləri və 2017-2018-ci dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq, qızıl və gümüş medalla təltif ediliblər.

Share: