Bakıda 25 yaşlı oğlan bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən, “Şamlıq” adlanan ərazidə qeydə alınıb.

Bakı şəhər sakini, 32 yaşlı Ruslan Sarıbalayev tanışı, 25 yaşlı Elşən Əliyevi bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən Ruslan Sarıbalayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Share: