Bakıda 2 avtomobil toqquşub, xəsarət alan var

Bakının Binəqədi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

xəbər verir ki, hadisə Ziya Bünyadov prospektinin köməkçi yolu ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

Əsas yolda hərəkətdə olan “Chevrolet” markalı minik avtomobilinin yoluna “Toyota Prius” markalı nəqliyyat vasitəsi çıxıb. Nəticədə qəza qaçılmaz olub. Hadisə zamanı avtomobillərə və yol infrastrukturuna ciddi ziyan dəyib. “Toyota Prius”un sürücüsü xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Share: