Bakıda 17 mərtəbəli yaşayış binasında yanğın baş verib

Bakıda çoxmərtəbəli yaşayış binada yanğın baş verib.

“Trend”in məlumatına görə, yanğın 7-ci mikrorayon, Fərman Məlikov küçəsindəki 17 mərtəbəli binanın 17-ci mərtəbəsində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, yanğın 14-cü mərtəbəyədək yayılıb.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri çalışır.
Müstəqil.Az

Share: