Bakıda 11-ci sinif şagirdi özünü çoxmərtəbəli binadan atdı

Bakıda 17 yaşlı oğlan intihar edib.

Müstəqil.az xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli binada yaşayan 2002-ci il təvəllüdlü Ayxan Məmmədov özünü yaşadığı mənzilin eyvanından atıb.

Betonun üstünə düşən gənc yerindəcə keçinib.

Orta məktəbin 11-ci sinif şagirdi olan Ayxanın həyatına qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Hadisə vaxtı o, evdə tək olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Share: