Bakı Zooparkı bağlandı – VİDEO

Yenidənqurma işlərinə başlanılması ilə əlaqədar Bakı Zooparkı bir neçə aylıq fəaliyyətini dayandırıb.

Hazırda parkın ərazisi 2.25 hektardır. Təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra isə 4,25 hektar olacaq.

Artıq zooparkdakı heyvanların köçürülməsinə başlanılıb.

Təmir və yenidənqurma işlərinin yay aylarında yekunlaşdırılması nəzərdə tutulub. İşlər yekunlaşdıqdan sonra heyvanlar öz yerlərinə qaytarılacaq.

Müstəqil.az Xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Share: