Bakı və Sumqayıtda “Novruz yarmarkaları” təşkil olunacaq

Novruz bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması məqsədi ilə kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək.

Müstəqil.Az bildirir ki,Bu barədə Modern.az-a Kənd Təsəsrrüfatı Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.

M.Hacıyevin sözlərinə görə, ənənəvi ünvanlarla yanaşı, Bakıda daha bir neçə rayonda yarmarkalar təşkil ediləcək:

“Yarmarkaların dəqiq ünvanı və keçirilməsi nəzərdə tutulan tarixləri yaxın günlərdə açıqlayacağıq”.

Qurum rəsmisi bildirib ki, yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunacaq. Onlar satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq”.

 

Modern.az ənənəvi olaraq təşkil edilən yarmarkaların ünvanlarını təqdim edir:

Bakı şəhəri üzrə:

Xətai rayonu, Məzahir Rüstəmov  küçəsi, Bakı kinoteatrının yaxınlığı

Nərimanov rayonu, Keşlə bazarının ərazisi,

Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası,

Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı  Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı,

Binəqədi rayonu, Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.

Sumqayıt şəhəri üzrə:

12-ci mikrorayon və köhnə avtovağzalın yanı.

Share: