Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargah hava şəraiti ilə bağlı növbəti məlumat yayıb.
Qərargahdan verilən məlumatda bildirilir ki, bu gün saat 09:00-a olan məlumata əsasən, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30- 35 m/saniyədək şiddətlənib.
Dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb.
Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcə isti təşkil edir
***
Hazırda əsən şimal-qərb küləyi Bakıda 24 m/san, Abşeron yarımadasında 26 m/san. çatır, arabir 30 m/saniyəyədək şiddətlənir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan bildirilib ki, dalğanın hündürlüyü Günəşli yatağında 3,8 metrə çatıb.
Qeyd edək ki, bu, Qərargahın səhər saat 06:00-a olan operativ məlumatıdır.(publika)
Müstəqil.Az