“Bakı şəhərində yaşıllaşdırma zonalarının monitirinqi və hesabatın hazırlanması” layihəsinə start verildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi “Bakı şəhərində yaşıllaşdırma zonalarının monitirinqi və hesabatın hazırlanması” ekoloji layihəsinin icrasına başlayıb.

2022-ci ilin 1 fevral başlayan, 3 ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə ətraf mühitin mühafizəsi məsələləri mövzusunda təbliğat və araşdırmanı əhatələyəcək.. “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri və layihə İradə Həsənova media üçün geniş məlumatlar açıqlayıb.

“Layihəmizdə yaşıllaşdırma ilə bağlı monitorinq aparmaq və bunun ətraflı şəkildə hesabatını vermək nəzərdə tutulmuşdur. Tərəfimizdən həyata keçirilməsi nəzərdə tutulan layihənin monitorinqi ilə bağlı informasiya mənbələri araşdırılmış, Bakı şəhərinin bütün rayonlarında bu istiqamətdə yoxlamalar və ictimai-ekoloji baxışlar həyata keçirilmişdir. Eyni zamanda, problemlə bağlı yalnız Bakı şəhərində deyil, respublikamızın müxtəlif bölgələrində də yaşılaşdırma ilə bağlı sorğu keşirilmişdir. Əldə etdiyimiz nəticələrdən irəli gələn təcrübəyə əsaslanaraq təqdim etdiyimiz bu layihədə Bakı şəhərində yaşıllaşdırma ilə bağlı monitorinqlər və sorğular keçirilməsi nəzərdə tutulmuşdur. Bildiyimiz kimi, respublikamızda yaşıllaşdırma işinin aparılması dövlət siyasətinin bir hissəsini təşkil edir. Hər il ölkəmizdə yaşıllaşdırma ilə bağlı böyük aksiyalar keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının və birinci xanın Mehriban Əliyevanın dəfələrlə bu aksiyalarda iştirak etdiklərinin və ağac əkdiklərinin şahidi olmuşuq. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da Bakı şəhərində aparılan yaşıllaşdırma işlərinə böyük töhfələr vermişdir. Onun təşəbbüsü ilə ölkəmizin paytaxtında neçə-neçə yeni park salınmışdır. Bunlardan sonuncusu 2021-ci ilin avqust ayının 26-da Bakı şəhərinin Xətai rayonunda açılmış iri “Gənclik” parkıdır. Bizim də layihəmiz görülən bütün bu işlərin ətrafında cərəyan edəcək və təşkilatımız layihə çərçivəsində, həm də yerli sakinlərin düşüncələri əsasında, bəzi çatışmazlıqların üzə cıxarılması və ictimai-ekoloji hesabatının hazırlanmasını nəzərdə tutur.

Məlumdur ki, yaşıllaşdırma işi həmişə ictimai əhəmiyyət kəsb edib. Hələ keçən əsrin əvvəllərində Bakı və onun ətrafında yaşıllıqdan demək olar ki, heç bir əsər-əlamət olmamışdır. O vaxtdan bəri bu məsələ gündəmdən düşməmişdir. Son on beş ildə bu istiqamətdə görülən işlərin surətinə görə dünyada heç bir analoqu yoxdur. Belə ki, dövlət səviyyəsində aparılan yaşıllaşdırma işləri təkcə yeni parkların salınması və ətrafın yaşıllaşdırılması ilə bitmir. Həm də paytaxtımızda ayrı-ayrı həyətlərinin içində və ya hündür binaların arasında yaşıllaşdırma işləri aparılır ki, bu da sakinlərin ürəyincə olan işlərdir. Sakinlərin özləri orada istədikləri vaxt istirahət edir, uşaqlar əylənir və s. Bu işlər həm də ekologiyaya müsbət təsir göstərir: paytaxtımızın həm havası təmizlənir, həm də şəhərimiz abadlaşır.

Yaşıllaşdırma ilə bağlı Bakı şəhərində görülən işlərin hesabatının hazırlanmasıvacib məsələlərdəndir. Buna nail olmaq üçün aşağıdakı vəzifələr həyata keçirilməsi planlaşdırılır: yaşıllaşdırma ilə bağlı monitorinqlər aparılması; əhali arasında ekologiyayla bağlı sorğuların həyata keçirilməsi; təşkilatımız tərəfindən təkliflər hazırlanaraq əlaqədar qurumların diqqətinə çatdırılması.

Layihə çərçivəsindəmüxtəlif fəaliyyətlərin reallaşdırılması nəzərdə tutulur. İlkin olaraq ölkəmizin paytaxtında parklarla bağlı monitorinq aparılacaq, parklar və son illərdə yaşıllaşdırılmış həyətyanı sahələrin siyahısı tərtib olunacaq. Layihəyə cəlb olunmuş sosial işçilərlə bərabər müəyyənləşdirilmiş yerlərdə monitorinqlər aparılacaq və həmin yaşıllaşdırma yerlərinin – parkların, həyətyanı sahələrin yaxınlığında yaşayan sakinlərlə sorğular aparılacaq. Sorğunun aparılmasının əsas məqsədi ondan ibarətdir ki, əhalinin yaşıllaşdırma ilə bağlı nəyi bəyəndiyi, nəyi isə bəyənmədiyi aşkar edilsin. Əgər nəzərdən qaçan tərəflər varsa, üzə çıxarılmasına, layihənin sonunda hazırlanacaq ictimai-ekoloji hesabatımızda onlar öz əksini tapacaqdır.

Hesab edirik ki, sorğuların nəticəsi əsasən müsbət olacaq. Lakin çatışmazlıqların da ortaya çıxarılması vacibdir. Çünki gələcəkdə bu istiqamətdə görülən işlərdə o çatışmayan cəhətlər təkrar olunmayacaq. İndiyə qədər yaşıllaşdırma ilə bağlı görülən işlərin əksəriyyəti cəmiyyət tərəfindən razılıqla qarşılanıb. təqdirəlayiq sayılıb. Monitorinq aparılan sahələr (parklar, yaşıllaşdırılmış həyətlər) çəkilən şəkillər və videolarda öz əksini tapacaq, aparılan sorğular da həmçinin. Layihə həcmcə böyük olduğuna, şəhərin özünü və bir sıra qəsəbəsini əhatə etdiyi üçün biz gördüyümüz işlərin hesabatını hər ay, şəkillər və videolarla bərabər donora təqdim edəcəyik. Sonda çəkilmiş videolardan istifadə olunmaqla ekoloji mövzuda videoçarx hazırlanacaq, tədbir keçirilərək onun təqdimatı təşkil olunacaqdır.

Həyata keçirilməsi nəzərdə tutduğumuz layihə əhatəlidir: burada iştirakçı və faydalanlar cinsinə və yaş qrupuna – uşaqdan böyüyə kimi çox şəxsləri əhatə edəcək. Əhalinin müsbət mənada rəyinin , yaşıllaşdırma ilə bağlı çatışmazlıqların ortaya çıxarılması, o çatışmazlıqlarla bağlı müvafiq dövlət qurumları qarşısında məsələlərin qaldırılması, yaşıllaşdırma ilə bağlı gündəmdə olan məsələnin daha da aktuallaşdırılması, monitorinq reallaşdırılması, sorğunun keçirilməsi, video-çarxın hazırlanması kimi fəaliyyətlərlə uğurlu nəticələr əldə edəcəyimizi düşünürük.

Fəaliyyətlərimiz bəyənildiyi təqdirdə biz layihənin ardını respublikamızın digər yerlərində də həyata keçirməyə çalışacağıq. Hesab edirik ki, Agentliklə yanaşı başqa donorlar bizim bu istiqamətdə olan layihəmizi dəstəkləyəcəklər. Təşkilatımız uzun illər boyu bu istiqamətdə layihələr həyata keçirmişdir və biz özümüz dəfələrlə ağacəkmə aksiyalarında fəal iştirak etmişik.

“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım
İctimai Birliyinin Mətbuat Xidməti

SON XƏBƏRLƏR

2022-02-15

18:02 Azad edilmiş ərazilərdə görülən işlər düşünülmüş addımların planlı şəkildə həyata keçirilməsinə əsaslanır – Vüqar Rəhimzadə

17:46 Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarında növbəti mərhələyə vəsiqə qazanıb

17:40 Türkiyə ordusu Suriyada 10 terrorçu zərərsizləşdirib

17:11 Baş Prokurorluq zorlamada təqsirləndirilən şəxsin bəraət hökmündən protest verdi

16:35 Prezident İlham Əliyev Frank-Valter Ştaynmayeri yenidən Almaniya Prezidenti seçilməsi münasibətilə təbrik edib

16:07 Sumqayıtda qızını boğub öldürən ata saxlanıldı

16:06 Rusiya səfirliyinin gömrük məsələləri üzrə müşaviri ilə görüş keçirilib

16:03 NATO Azərbaycanla yüksək səviyyədə siyasi dialoqun davamına ümid edir

16:02 Əlilliyin yeni meyarlarının tətbiqi ilə bağlı sosial təminat məsələləri müzakirə olunub

15:58 Uşaq hüquqlarının müdafiəsi gücləndirilir – FƏRMAN

15:43 İşğaldan azad olunmuş ərazilərdə məşğulluq strategiyası hazırlanacaq – Komitə

15:20 “İrəli” İB “Komandanın Baza Biliklərinin Gücləndirilməsi” layihəsini yekunlaşdırıb – FOTO

15:15 Şuşanın qaz təchizatının xəritəsi hazırlanıb

14:18 Milli Məclis iki rayonun ləğv edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təsdiq etdi

13:47 Vüqar Səfərlinin apellyasiya şikayəti qismən istintaqla araşdırıla bilər – Məhkəmə

13:40 Azərbaycanda dini qurumlar yeni qaydalarla qeydiyyatdan keçəcək

13:39 NATO-nun Baş katibi Prezident İlham Əliyevə zəng edib

11:53 Araik Arutyunyan qısa müddətdə tutularaq istintaqa cəlb ediləcək – Baş prokurorluq

11:10 Kəlbəcər və Tovuz istiqamətindəki mövqelərimiz atəşə tutulub

11:06 “İgidlik zirvəsi”: Vətən müharibəsinin şəhid və qazilərin qəhrəmanlıqları gənclərə tanıdılacaq

11:02 “Bakı şəhərində yaşıllaşdırma zonalarının monitirinqi və hesabatın hazırlanması” layihəsinə start verildi

2022-02-14

17:31 “Omikron”, yoxsa qrip? – Necə müəyyən edək?

17:21 Zəngilanın Ağalı kəndindən ən son görüntülər – VİDEO

17:11 Dövlət sərhədini pozmaq istəyən şəxslər saxlanılıb – DSX

16:51 Ronaldo futbolçu karyerasını bitirə bilər

16:31 SHXÇDX-nin bir sıra hərbi qulluqçuları və mülki işçiləri təltif edildi – SƏRƏNCAM

16:30 Tələbələr üçün Prezident təqaüdü artırıldı

16:22 Prezident İlham Əliyev Serbiyanın dövlət başçısını təbrik edib

16:00 “Azərsu”nun əməkdaşı İmişlidə fiziki təzyiqlərə məruz qalıb

15:25 Azərbaycan və Gürcüstan xarici işlər nazirləri arasında telefon danışığı olub

15:13 Malik Həsənov: “Akademik qanunverici orqanının legitimliyinə şübhə ilə yanaşmaqla kimliyini və məqsədini açıqlayır”

14:55 “Ramiz Mehdiyev bundan sonra sədaqət və silahdaş sözlərini gərək dırnaq arasında işlətsin”

14:09 Milli həmrəyliyə kölgə salmaq niyyəti

DAVAMI>>ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki… ZƏHƏRLƏNƏK!?

İDMANProduct image17:46 Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarında növbəti mərhələyə vəsiqə qazanıb

Share: