Bakı-Quba yolunda yük maşını yanıb – tıxac yaranıb

Bakı-Quba yolu üzərində yerləşən tuneldə “Mercedes” markalı yük avtomobili yanıb.

“Report” xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Avtomobilin yanması yolda tıxaca səbəb olub.

İlkin araşdırmaya görə maşında yük olmayıb, həmçinin sürücü xəsarət almayıb.

Müstəqil.Az

Share: