Bakı-Qazax yolunda yük maşını ilə minik avtomobili toqquşdu: Ölən var

Goranboyda ölümlə nəticələnən ağır qəza baş verib.

APA-nın məlunatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan yük maşını ilə VAZ-2106 markalı minik avtomobili toqquşub.

Qəza zamanı minik maşının sürücüsü xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Share: