Bakı-Qazax yolunda avtobus qəzası — 15 nəfər yaralandı

Bakı-Qazax yolunda iki avtobusun toqquşması nəticəsində ağır qəza baş verib.

TƏBİB-dən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub. Xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilib. 

Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Əlavə məlumat veriləcək.


Share: